...

Azərbaycanın "Bakı" futbol klubu Çempionlar Liqasında çıxış edən BATE-nin uğurunu təkrarlamaq istəyir – baş menecer

Cəmiyyət Materials 15 Sentyabr 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Belarusun BATE komandasının uğurunu təkrarlamaq istəyir.

"Bizim məqsədimiz təkcə Azərbaycanda yox, Avropada sözünü deməyi bacaran bir komanda formalaşdırmaqdır. BATE Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanır, amma biz yox. Bu barədə düşünəndə adama çox pis təsir edir", - bazar ertəsi Trend -a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov deyib.

"Bakı" komandası Azərbaycan Premyer-Liqasında keçirdiyi dörd oyundan sonra 10 xalla birinci yerdədir.

Məmmədov bildirib ki, "Bakı"nın bu mövsüm çempion olmaq şansı çox yüksəkdir.

"Bu cür davam etsək, çempion ola bilərik. Baş məşqçimizin istədiyi bütün futbolçuları komandamıza transfer etməyə çalışdıq. Çempionata hazırlığımız da yüksək səviyyədə olub", - deyə baş menecer əlavə edib.

"Bakı" Azərbaycan yığma komandasının oyunlarına görə çempionatda yaranan fasilədən istifadə edərək, Türkiyədə təlim-məşq toplanışı keçib. Komanda Bakıya bu gün qayıdacaq.

"Bakı" klubunun baş məşqçisi makedoniyalı Qyoko Haciyevskidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti