...

Çimərlik futbolu üzrə Azərbaycan yığması Avropa kubokundakı ilk oyununda qələbə qazanıb

Cəmiyyət Materials 19 Sentyabr 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir R.Ergün/ Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası Bakıda təşkil olunan Avropa kubokunda keçirdiyi ilk oyunda qələbə qazanıb.

Avropa kubokunda ilk oyununu İngiltərəyə qarşı keçirən Azərbaycan yığması rəqibini 3 :1 hesabı ilə məğlub edib. Rəqib qapısından topları Zeynal Zeynalov (2) və Hikmət Bağırov keçiriblər.

Çimərlik futbolu üzrə Avropa kubokunun oyunları Mərdəkandakı min nəfərlik stadionda keçirilir. Turnirdə Azərbaycan və İngiltərə ilə yanaşı, İspaniya, İtaliya, Norveç və İsveçrə komandaları da mübarizə aparır.

Sabah Azərbaycan yığması İspaniya ilə görüşəcək.

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi braziliyalı Enrike Qustavo Silvadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti