...

Azərbaycanın futbol üzrə yığma komandası Belarus klubu ilə heç-heçə edib

Cəmiyyət Materials 24 Sentyabr 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandası (U-19) Belarusun birinci liqa klubu olan "Veras"la görüşdə heç-heçə edib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Hazırda Belarusda təlim-məşq toplanışında olan Azərbaycan yığmasının "Veras"la görüşü 1:1 hesabı ilə nəticələnib. Azərbaycan komandasında qolun müəllifi Tural Səfərov olub.

Azərbaycan yığması növbəti yoxlama oyununu sabah keçirəcək. Rəqibin hansı komanda olacağı barədə məlumat verilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti