...

Azərbaycanın futbol üzrə qızlardan ibarət yığma komandası AÇ-də qələbə qazanıb

Cəmiyyət Materials 25 Sentyabr 2008 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın 19 yaşlı qızlardan ibarət futbol üzrə yığma komandası Avropa çempionatının (AÇ) seçmə mərhələsində keçirdiyi ilk oyunda qələbə qazanıb.

Seçmə mərhələnin Bakıda təşkil olunan altıncı qrupunun oyununda Çexiya ilə qarşılaşan Azərbaycan komandası 2:1 hesabı ilə qələbə qazanıb.

Altıncı qrupda Azərbaycan və Çexiya ilə yanaşı, Finlandiya ilə Şimali İrlandiya komandaları da mübarizə aparırlar.

Avropa çempionatının seçmə mərhələsinin oyunları sentyabrın 30-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti