...

Azərbaycan yığmasının İsveç çempionatında çıxış edən futbolçusu Finlandiyaya aparılmaya bilər

Cəmiyyət Materials 25 Sentyabr 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə üzrə yığma komandasının üzvü, İsveçin "Degerfors" klubunda çıxış edən Anatoli Ponomaryov oktyabrın 11-də keçiriləcək Finlandiya ilə səfər oyununa aparılmaya bilər. Bu barədə Trend -a yığma komandanın məşqçisi Elxan Abdullayev məlumat verib.

Yığma komanda sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqts toplanışda futbolçuların hazırlığını yoxlayacaq.

Abdullayev bidirib ki, Ponomaryovun İsveç çempionatında keçirdiyi oyunlardan heç birini izləməyiblər.

"Düzü, biz Ponomaryovun hansısa oyununa baxmamışıq. Amma onun hansı oyunlarda iştirak etdiyini bilirdik. Ponomaryovun yığma komandaya qoşulmasını Foqts istəyib. Bu futbolçu toplanışda özünü yaxşı tərəfdən göstərməsə, yəqin ki, Finlandiyaya aparılmayacaq".

Ponomaryov Saşa Yunisoğlu və Branimir Subaşiçlə yanaşı, Azərbaycan yığmasının xaricdə legioner karyerası yaşayan azsaylı futbolçularındandır.

Abdullayev deyib ki, Finlandiya ilə oyuna kimi yığmanın heyətində dəyişikliklər ola bilər.

"Baş məşqçi hazırda Almaniyadadır. O gələndən sonra komandanın heyətində hansısa dəyişiklik edə bilər. Hər halda, Foqts Azərbaycan Premyer-Liqasının növbəti turunun oyunlarını izləyib, son qərarını verəcək", - deyə yığmanın məşqçisi əlavə edib.

Foqtsun Bakıya bu gecə qayıdacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti