...

Azərbaycanın cənub-qərbində ağır yol nəqliyyat hadisəsi baş verib

Cəmiyyət Materials 5 Oktyabr 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bərdə 5 oktyabr / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın cənub-qərbində (paytaxt Bakıdan 380 kilometr aralı)  yerləşən Bərdə rayonun ərazisində bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə bazar günü səhər saat 10:30 radələrində, Aran-Bəhramtəpə avtomobil yolunun 56-cı kilometrliyində, "Mersedes" markalı avtomaşının "Vaz 2106" markalı avtomaşınla toqquşması nəticəsində baş verib. Nəticədə Ağdam rayon sakini, 23 yaşlı Quliyev Bəhruz Şahin oğlu hadisə yerində keçinib. Yaralılardan dörd nəfər isə Bərdə rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağırdır.

Hadisəyə səbəb kimi "VAZ 2106" markalı avtomaşının yüksək sürətlə hərəkət edən "Mersedes" markalı avtomaşının hərəkət zolağına çıxması olub. Faktla əlaqədar Bərdə rayon polis şöbəsində təhqiqat aparılır.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti