...

"Qalatasaray" "Mançester Yunayted"ə 25 milyon avroluq təklif göndərdi

İdman Materials 1 Yanvar 2026 19:18 (UTC +04:00)
"Qalatasaray" "Mançester Yunayted"ə 25 milyon avroluq təklif göndərdi

Bakı. Trend:

"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqaete karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Trend xəbər verir ki, "Qalatasaray" uruqvaylı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi Uqarte üçün 25 miyon avroluq satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərib. "Qırmızı şeytanlar" isə 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün 30 milyon avro tələb edir.

Qeyd edək ki, "Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 50 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti