Bakı. Trend:
Berlində Yeni il şənlikləri zamanı təxminən 400 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə “Der Tagesspiegel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Yeni il gecəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına çoxsaylı hücumlar qeydə alınıb. Paytaxtda təxminən 400 nəfər müvəqqəti olaraq saxlanılıb, ən azı 24 polis əməkdaşı isə xəsarət alıb.
Bayram tədbirləri zamanı şəhər küçələrində 3 200 hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.
Bildirilir ki, bayram gecəsi ərzində yanğınsöndürmə xidmətinə 1 830 zəng daxil olub ki, bu da ötən illə müqayisədə 62 zəng azdır. Yanğınsöndürənlər 11 dəfə hücum və təqibə məruz qalıb. Eyni zamanda, təcili tibbi yardım xidmətinə 970 zəng daxil olub ki, bu da yeni rekord göstəricidir.
