Bakı. Trend:
Yeni il axşamı Perunun şimalında mədənçilərə naməlum şəxslərin hücumu nəticəsində azı üç nəfər həlak olub, yeddi nəfər isə itkin düşüb.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Patas şəhərinin meri Aldo Marino bildirib.
Qeyd olunub ki, insident şimal-qərbdə yerləşən La-Libertad bölgəsinin Patas şəhərində baş verib. Hadisəni törətməkdə yerli cinayətkar qruplaşmanın üzvləri şübhəli bilinir. Onlar bu ərazidə nəzarətlərini genişləndirməyə çalışırlar.
Məlumata görə, həmin qruplaşma əvvəllər də dəfələrlə hücumlar təşkil edib.
