...

Qabon millisinin fəaliyyəti dayandırılıb

İdman Materials 1 Yanvar 2026 21:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Qabon millisinin texniki heyətinin bütün üzvləri ilə müqavilələrə xitam verilib, yığmanın fəaliyyəti müddətsiz dayandırılıb.

Trend xəbər verir ki, bu qərar komandanın Mərakeşin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda uğursuz çıxışı ilə əlaqədar qəbul edilib.

Turnir çərçivəsində keçirdiyi bütün oyunlarda məğlub olan Qabon yığması Afrika Millətlər Kuboku ilə erkən vidalaşıb. Bunun ardınca Qabon hökuməti tərəfindən sərt tədbirlər görülüb.

Rəsmi məlumata əsasən, hökumətin qərarı ilə futbolçular Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanqın milli komandada çıxış etməsi qadağan olunub.

Xəbər lenti

Xəbər lenti