Bakı. Trend:
ABŞ Müharibə Nazirliyi “Raytheon” şirkəti ilə yenilənmiş müqavilə çərçivəsində alınacaq “Tomahawk” qanadlı raketlərinin sayını 350 ədədə qədər artırıb.
Trend-in məlumatına görə, Pentaqonun açıqladığı rəqəmlərdə əvvəlcə cəmi 131 raketin istehsalının nəzərdə tutulduğu bildirilib. Yenilənmiş müqavilənin dəyəri 785,2 milyon ABŞ dollarıdır.
ABŞ Hərbi Dəniz Qüvvələri, Ordu və Dəniz Piyadaları Korpusu, həmçinin raketlərin istehsalı üçün 500 milyon dollar ayıran iki xarici sifarişçi üçün tədarüklər 2029-cu ilin yanvarında başa çatdırılmalıdır.
Qeyd olunub ki, “Raytheon” raketləri yeni “Block V” variantında istehsal edəcək. Bu versiya təkmilləşdirilmiş naviqasiya və rabitə sistemi ilə təchiz olunub və 1,6 min km uçuş məsafəsinə malik olacaq.
