Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi İsveçrənin Krans-Montana şəhərində baş verən faciəvi yanğınla əlaqədar başsağlığı verib.
Trend xəbər verir ki, başsağlığı XİN-in “X” sosial şəbəkə hesabında paylaşılıb.
Paylaşımda bildirilib ki, Krans-Montanada baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbəri dərin kədər hissi doğurub və bu hadisə həm ölənlərin, həm də xəsarət alanların olması ilə yadda qalıb.
Nazirlik həlak olanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verildiyini, dərin hüzn ifadə olunduğunu qeyd edib, yaxınlarını itirənlərlə həmrəy olduqlarını vurğulayıb və yaralılara tezliklə şəfa diləyib.
Qeyd edək ki, İsveçrənin Alp dağlarında yerləşən məşhur xizək kurortu Krans-Montanada 2026-cı il yanvarın 1-nə keçən gecə, saat 01:30 radələrində “Le Constellation” adlı iki mərtəbəli barda partlayış baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həyatını itirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
