Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir C.Babayeva/ İSESCO-nun baş katibi islam dövlətlərini təhsil və elmin inkişafına lazımi diqqət yetirməyə çağırır.
İslam ölkələri dünya birliyinin inkişafı ilə ayaqlaşmaq üçün təhsil və elmin inkişafına lazımi diqqət yetirməlidirlər, - bazar ertəsi Bakıda İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri İSESCO ölkələri təhsil və elm nazirlərinin beynəlxalq konfransında deyib.
Oktyabrın 6-dan 8-dək Azərbaycan Təhsili Nazirliyi və ISESCO Bakıda islam ölkələri təhsil və elm nazirlərinin IV konfransını təşkil edib.
їAli təhsili inkişaf etdirmək lazımdır, belə ki, bu, dövlətin inkişafı üçün lazım olan bütün sahələrin inkişafının başlanğıcıdırї, - o deyib.
Baş katib təhsil sahələrində informasiya texnologiyalarının tətbiqinə də xüsusi diqqətin yetirilməsinin vacib olduğunu bildirib.
Bu konfransın başlıca prioritetlərindən biri, islam ölkələrində ali təhsil və elmin strateji inkişafından ibarətdir.
Konfransda 50 ölkənin təhsil və elm naziri iştirak edir. Tədbirdə müsəlman ölkələrinin təhsil sahəsi qarşısında duran mühüm problemlər və onların həlli yolları müzakirə ediləcək.