...

Azərbaycan mətbuatının vəziyyəti Bakıda keçiriləcək forumda müzakirə olunacaq

Cəmiyyət Materials 8 Oktyabr 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan mətbuatının vəziyyəti, siyasi plüralizm, demokratikləşmə, vətəndaş cəmiyyəti və iqtisadi inkişaf məsələləri Bakıda keçiriləcək forumda müzakirə olunacaq.

Trend -un məlumatına görə, cümə günü Bakıda ABŞ - ın Jurnalistlərin Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanda demokratiya: məqsəd və çağırışlar" mövzusunda forum keçiriləcək.

"Məqsəd Azərbaycan üçün önəmli olan məsələlər ətrafında müzakirələrin aparılmasına şərait yaratmaqdır. Müzakirələrdə diplomatlar, hökümət rəsmiləri və media nümayəndələri iştirak edəcəklər" - çərşənbə günü keçirilən mətbuat konfransında Jurnalistlərin Beynəlxalq Mərkəzinin Azərbaycan üzrə nümayəndəsi Çarlz Rays bildirib.

Jurnalistlərin Beynəlxalq Mərkəzinin eksperti Eric Çvartz qeyd edib ki, Azərbaycanı narahat edən bir çox problemlər mövcuddur: "Lakin bizim məqsədimiz böyük narahatlığa səbəb olan üç əsas sahəni müzakirə etməkdir. Bunlar iqtisadi inkişaf, siyasi plüralizm və vətandaş cəmiyyətidir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti