...

Orxan Pamuk və Diter Bolen Frankfurtda Azərbaycan ədəbiyyatı ilə tanış olublar

Cəmiyyət Materials 16 Oktyabr 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ TrendLife, müxbir E.Hüseynzadə/Dünən Almaniyanın Frankfurt şəhərində açılmış 60- cı yubiley kitab sərgi -yarmarkasında Azərbaycan kitablarının stendi nümayiş etdirilib. Kitabların sayı 300 - dən çoxdur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın TrendLife -a bildirdiyinə görə, Frankfurtda Azərbaycan nümayəndə heyətinə nazirliyin qəzet, reklam və informasiya şöbəsinin rəisi Vaqif Əliyev başçılıq edir. Ekspozisiyada Azərbaycan nəşriyyatlarının Azərbaycanın mədəniyyət və tarixi haqqında müxtəlif kitabları nümayiş olunub. Bu il sərginin xüsusi qonağı Türkiyə hesab edilir, buna görə də sərgiyə Nobel mükafatı laureatı Orxan Pamuk gəlib. Qonaqlar sırasında məşhur müğənni Diter Bolen, "Simpsonlar"ın müəllifləri, rəssamlar David Silverman və Bill Morrison, aktyorlar Folker Şlyondorf və Doris Derri olublar.  

Sərgidə dünyanın 100 ölkəsinin 7000 min eksponatı nümayiş etdirilib. Dünyanın məşhur braziyalı yazıçısı Paolo Koelyonun sərgi çərçivəsində, ən çox tərcümə edilən romanın müəllifi kimi, Ginnesin rekordlar Kitabının naşirlərindən xüsusi mükafat alacağı gözlənilir. Belə ki, onun "Kimyagər"kitabı dünyanın 67 dilində nəşr edilib.  

Martin Lüterin dövründən bəri, müxtəlif kitab naşirləri kitablarını Frankfurta aparıblar. 60 il əvvəl isə, müharibədən sonra ilk sərgi -yarmarka keçirilib.     

Xəbər lenti

Xəbər lenti