...

Berlində Yevangeliya Kilsəsi ilə müsəlman icmalarının nümayəndələri arasında müzakirələr keçirilib

Cəmiyyət Materials 21 Oktyabr 2008 01:49 (UTC +04:00)

Avstriya, Vena, 21 oktyabr / Trend müxbir A.Ələsgərov/ Almaniya Yevangeliya Kilsəsinin (AYK) nümayəndələri ilə müsəlman icmalarının təmsilçiləri arasında ötən günü dinlərarası əməkdaşlığa dair müzakirələr keçirilib.

AYK Şurasının sədri, yepiskop Volfqanq Xuberin təşkil etdiyi tədbir Berlində keçirilib. Görüşün gündəliyində duran əsas məsələlər xristian-müsəlman əməkdaşlığına dəstək olmaq və AYK tərəfindən hazırlanmış "Aydınlıq və xoşməramlı qonşuluq" sənədi üzərində müzakirələrin aparılmasıdır.   

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti