...

Azərbaycan Təhsil Nazirliyi və AFFA birgə layihə hazırlayıblar – assosiasiyanın baş katibi

Cəmiyyət Materials 27 Oktyabr 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Təhsil Nazirliyi birgə layihə hazırlayıblar.

"Bizim yeni layihəyə əsasən, idman müəllimləri üçün seminarlar təşkil olunacaq. Bu layihə üç ay ərzində həyata keçiriləcək", - bazar ertəsi AFFA-da keçirilən mətbuat konfransında assosiasiyanın baş katibi Elxan Məmmədov deyib.

Mətbuat konfransında iştirak edən təhsil nazirinin müavini Elmar Qasımov isə bildirib ki, azərbaycanlı idman müəllimləri üçün seminarları Almaniyadan olan futbol məşqçiləri keçirəcəklər.

"Müəllimlər üçün seminarları Almaniyadan dəvət olunacaq məşqçilər keçəcəklər. Bundan başqa, biz özəl futbol məktəblərinin fəaliyyət göstərməsi üçün də çalışacağıq", - deyə Qasımov əlavə edib.

Son dövrlərdə AFFA ilə Almaniya arasında futbol sahəsində sıx əməkdaşlıq yaranıb. Azərbaycanın 17 və 21 yaşlılardan ibarət yığma komandalarının, həmçinin, əsas milli komandanın baş məşqçisi almandır.

Qasımov deyib ki, tez bir zamanda orta məktəblərdə futbol dərslərinin tədrisinə başlanılacaq: "Bütün orta məktəblərdə futbol bölmələri açılacaq. Bir müddət əvvəl ali məktəblər arasında futbol çempionatı keçirilidi. Qərara almışıq ki, bundan sonra bu çempionat il boyu davam etsin".

MDB ölkələri arasında yalnız Ukraynada orta məktəblərdə futbol dərsləri tədris olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti