Rusiya, Moskva, 2 noyabr/ Trend , müxbir R.Ağayev/ Moskvada Ostankino teleqülləsinin konsert zalında Azərbaycanın görkəmli teatr və kino xadimi, xalq artisti Nəsibə Zeynalovanın xatirə axşamı keçirilib. Xatirə axşamı Nəsibə Zeynalovanın Teatırı və Dünya Azərbaycanlıları Konqresinin Rusiya şöbəsi tərəfindən təşkil edilmişdir.
DAK-nin Rusiyadakı şöbəsinin sədri Mirəşrəf Fatiyev giriş sözündə qeyd etdi, ki Nəsibə Zeynalova hər bir azərbaycanlının həyatında mədəni dövrdür və onun xatirəsini hər zaman qoruyub saxlamaq lazımdır. Fatiyevin sözlərinə görə, Azərbaycanın kənarında bu cür mədəni tədbirlərin keçirilməsi çox vacibdir və xaricdə yaşayan həmyerlilərimizin birləşdirilməsi xarakteri daşıyır.
Sonra Nəsibə Zeynalovanın azərbaycan mədəniyyətinə və incəsənətində əvəzolunmaz rolu, həyatı və sənədi barədə slayd-şou şəkilində sənədli xronika nümayiş etdirilmişdir.
Bundan sonra N.Zeynalova Teatrının 9 illiyinə həsr olunmuş Xanım Qafarovanın, Novruz Qartalın, Fatma Mahmudovanın iştirakı ilə teatr tamaşaları nümayiş etdirilmişdir.
Tənəffüslərədə öz musiqi hədiyyələrilə tamaşaçılar qarşısına türkiyəli müğənni Aydın, tanınmış aktyor Elçin Həmidov, Azərbaycanın xalq artisti Amaliya Pənahova, ölkənin xalq artistləri Flora Kərimova və İlham Namiq Kamal.
Nəsibə Zeynalovanın xatirə axşamında aparcısı tanınmış şoumen Sərxan Kərimolu idi.