Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Ergün/ "Neftçi" klubu Azərbaycan kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb. Bu, "Neftçi"nin bu gün MOİK-lə oyunda qələbə qazanmasından sonra məlum olub.
"Neftçi" nin 3:0 hesabı ilə qələbə qazandığı görüşdə qolları Joze Karlos, Elmar Baxşıyev, Ruslan Abuşov vurublar.
Bir həftə əvvəl keçirilən ilk oyunda "Neftçi" rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.
"Neftçi"nin baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.
Azərbaycan kubokunun 1/8 final mərhələsinin bu gün keçirilən digər oyunları belə nəticələnib: "Turan" - "Qəbələ" 1:2, "Karvan" - "Olimpik" 0:1, "Bakılı" - "Qarabağ" 0:0, "Spartak" - "Simurq" 0:8.
Kubokun 1/4 final mərhələsinə "Qəbələ", "Olimpik", "Qarabağ", "Simurq" və "Neftçi" komandaları vəsiqə qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]