Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın İnternet portalları arasında təşkil olunan ənənəvi "Aznet" Kubokunda ilk turun oyunları keçirilib.
Turnirin ilk oyunu Trend və "Əyləncə" arasında keçirilib. "Aznet" Kubokunun təşkilatçısı olan Trend in komandası böyük hesablı qələbə qazanıb - 11:3.
Vurulan qolların sayına görə məhsuldar olan ilk turda digər oyunların nəticələri belə olub: "Novosti" - "Statoil" 0:9, "Rapid Solution" - "Armada" 1:2, NİSA - "Azercell" 1:9.
İlk turda bəzi komandalar (İqtisadi İnkişaf Nazirliyi, RİM) oyuna gəlmədiklərindən üçün, həmin komandalara texniki məğlubiyyət verilib.
"Aznet" Kubokunun oyunları "Olimpik Star" idman kompleksində keçirilir.
Turnirin sponsoru "Rest" restoranıdır.
Növbəti turun oyunları noyabrın 15 - 16 - da keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]