Azərbaycan, Bakı, 15 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
İkinci turda Slovakiya millisi ilə görüşən Azərbaycan yığması rəqibini 3:1 hesabı ilə məğlub edib.
Azərbaycan yığmasının heyətində çıxış edən şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov rəqibləri üzərində qələbə qazanıblar. Olimpiadaya ehtiyat oyunçu kimi gedən Rauf Məmmədov isə heç-heçə edib.
Azərbaycan komandası üçüncü turda Hollandiya yığması ilə görüşəcək.
Ümumdünya Şahmat Olimpiadası Almaniyanın Drezden şəhərində keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]