...

Azərbaycanın şahmat yığması Ümumdünya Şahmat Olimpiadasında ABŞ millisini məğlub edib

Cəmiyyət Materials 17 Noyabr 2008 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Ümumdünya Şahmat Olimpiadasının 4-cü turunda ABŞ millisi ilə keçirdiyi görüşdə 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan yığmasının heyətində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov qələbə qazanıb. Vüqar Həşimov və Qədir Hüseynov isə heç-heçə edib.

Ümumdünya Şahmat Olimpiadasının 4-cü turundan sonra Azərbaycanın kişi şahmatçıları Norveç, Macarıstan, Ermənistan, İngiltərə və Ukrayna təmsilçiləri ilə 3-8-ci yerləri bölüşürlər.

Azərbaycanın qadınlardan ibarət şahmat yığması isə Olimpiadanın 4-cü turunda Almaniya millisi ilə görüşdə 2,5:1,5 hesabı ilə qələbə qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti