...

Azərbaycanda keçiriləcək beynəlxalq konfransa ermənilərin dini rəhbəri də dəvət olunacaq

Cəmiyyət Materials 17 Noyabr 2008 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycanda keçiriləcək dinlərarası dialoqa dair konfransa bütün ermənilərin katalikosu II Qaregin də dəvət olunacaq.

"Mən, Moskva və bütün Rusiyanın patriarxı II Aleksi dinlərarası Məşvərət Şurasının həmsədrləriyik. Ora bütün dünya nümayəndələri, o cümlədən ermənilər də daxildir, ona görə də Bakıda keçirilcək konfransa ermənilər də dəvət olunacaq", - bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxulislam Allahşükür Paşazadə bazar ertəsi keçirdiyi mətbuat konfransında məlumat verib.

2009-cu il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda dinlərarası dialoqa dair beynəlxalq konfrans keçiriləcək.

Onun fikrincə, erməniləri Bakıda keçirilən konfransa dəvət etməmək dinlərarası dialoqa dair təşəbbüslərə ziyan vurur: "Bizim təklifimizi qəbul edib-etməmək ermənilərin öz işidir", - QMİ sədri bildirib.

Paşazadə qeyd edib ki, ermənilərin dini lideri onunla görüşmək istəyib.

"Mən hələlik bu görüşə razılıq verməmişəm", - Paşazadə deyib.

Şeyx qeyd edib ki, konfransa Roma Papası XVI Benedikt də dəvətlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti