...

Finlandiyada Azərbaycan rejissoru ilin rəssamı olub

Cəmiyyət Materials 17 Noyabr 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend Life , müxbir Eldar Hüsenyzadə / Azərbaycan rejissoru, Finlandiyanın "Ağ və qara" teatrının bədii rəhbəri Kamran Şahmərdan bu ölkədə 2008-ci ilin rəssamı elan olunub və ona Finlandiyanın əməkdar incəsənət xadimi adı verilib. Azərbaycanın Mədəniyyət və Turimzm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun Trend Life-a verdiyi məlumata görə, Şahmərdan 1999-cu ildə Stokholmda İncəsənət Akademiyasının rejissorluq fakultəsini bitirib. Şahmərdan 10 ildən artıqdır ki, Helsinkidə fəaliyyət göstərən "Ağ və qara" teatrının bədii rəhbəridir. O, Bakıda "İbrus" teatrında fransız dramaturqu Jan Koktonun əsəri əsasında "Sakit səs" tamaşasını səhnəyə qoyub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .

Xəbər lenti

Xəbər lenti