...

Futbol üzrə Azərbaycan yığmasının Avropa çempionatındakı rəqibləri məlum olub

Cəmiyyət Materials 19 Noyabr 2008 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın 19 yaşlı qızlardan ibarət futbol üzrə yığma komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığmasının rəqibləri İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra məlum olub.

Azərbaycan komandası 10-cu qrupda İspaniya, Ukrayna və Kipr yığmaları ilə mübarizə aparacaq.

Avropa çempionatının qrup mərhələsinin oyunları 2009-cu ildə, sentyabrın 19-24-ü aralığında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti