...

Azərbaycanın "Neftçi" klubu Rusiyanın məşhur "Spartak" komandasının futbolçusunu baxışa çağırıb

Cəmiyyət Materials 19 Noyabr 2008 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubu Rusiyanın məşhur "Spartak" komandasında oynamış futbolçunu baxışa dəvət edib. Bu barədə çərşənbə günü Trend -a "Neftçi" klubunun mətbuat xidməti məlumat verib.

Qazaxıstandan olan Yafar İrismetov adlı futbolçunun çıxış etdiyi sonuncu klub "Almatı" olub. O, əvvəllər Rusiyanın "Spartak" və "Anji", Ukraynanın "Krivbass", Qazaxıstanın "Kayrat" komandalarında çıxış edib.

32 yaşlı futbolçunun "Neftçi" ilə müqavilə bağlayıb-bağlamayacağı yaxın günlərdə məlum olacaq.

Hazırda "Neftçi"nin düşərgəsində müxtəlif ölkələrdən olan digər legioner futbolçular da baxışdan keçir.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti