...

İran və Azərbaycan KİV- in əməkdaşlığı iki ölkənin münasibətlərinə müsbət təsir göstərir

Cəmiyyət Materials 19 Noyabr 2008 16:08 (UTC +04:00)
İran və Azərbaycan KİV- in əməkdaşlığı iki ölkənin münasibətlərinə müsbət təsir göstərir

İran və Azərbaycan kütləvi informasiya vasitələrinin əməkdaşlığı iki ölkənin münasibətlərinə müsbət təsir göstərir, - Trend Xəbərlər Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Elçin Hüseynov İranın Mehr müstəqil agentliyinə müsahibəsində bildirib.

Beynəlxalq standartlar və prinsiplər baxımından Mehr agentliyinin xəbərləri öz forması, quruluşu və keyfiyyətinə görə diqqəti cəlb edir və Trend və İranın agentlikləri arasında qarşılıqlı əməkdaşlıq iki ölkənin əlaqələri və xalqların bir - birlərinin mədəniyyəti ilə daha yaxın tanış olmalarına müsbət təsir göstərəcək, - Tehranda kütləvi informasiya vasitələrinin beynəlxalq sərgisində iştirak edən Hüseynov deyib.

Sərgi noyabrın 16 - 23-də İranın paytaxtında keçirilir. Sərgidə 27 ölkədən, o cümlədən də Azərbaycandan KİV təmsil olunub.

İrandakı beynəlxalq KİV sərgisi çox zəngindir və belə sərgilərin keçirilməsi beynəlxalq KİV-ə bir - birlərini daha yaxşı tanımağa imkan verir, - Hüseynov Mehr agentliyinə müsahibəsində qeyd edib.

Hüseynovun sözlərinə görə, Trend Xəbərlər Şirkətinin Fars Redaksiyası artıq bir ildir ki, fəaliyyət göstərir və İranda baş verən hadisələri ətarflı, peşəkar səviyyədə işıqlandırmağa, onları təhlil etməyə çalışır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti