...

Birləşmiş Ərəb Əmirliklərində həbs olunmuş Azərbaycan vətəndaşları ekstradisiya olunacaqlar

Cəmiyyət Materials 19 Noyabr 2008 16:31 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərində həbs olunmuş Azərbaycan vətəndaşları ekstradisiya olunacaqlar

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K. Zərbalıyeva/ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbs olunmuş Azərbaycan vətəndaşları ekstradisiya olunacaqlar.

Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov çərşənbə günü Trend - a bildirib ki, Azərbaycanda cinayət törətmiş və BƏƏ - də gizlənən 12 nəfərin ekstradisiyası üçün tədbirlər görülür.

Həbs olunmuş şəxslər arasında qadınlar və bir nəfər Livan vətəndaşı da var.

İdarə rəisi deyib ki, Azərbaycanla BƏƏ arasında 2006 - cı ildə "Ekstradisiya haqqında" müqavilə imzalanıb və həmin şəxslərin Azərbaycana ekstradisiyası bu müqaviləyə uyğun olaraq həyata keçirilir.

Qafarov bildirib ki, Ədliyyə Nazirliyi Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilimiş və Xorvatiyada həbs olunmuş Aydın Murad Əbubəkr oğlunun ekstradisiyası üçün də tədbirlər görür.

Azərbaycanda 100 - dən artıq şəxsi aldadaraq, onların külli miqdarda əmlakını ələ keçirmiş və Cinayət Məcəlləsinin dələduzluq (178) maddəsi ilə axtarışa verilimiş Aydın Muradın ekstradisiyası bu yaxınlarda baş tutacaq.

Azərbaycanın ekstradisiya ilə bağlı İran, Rusiya, BƏƏ ilə ikitərəfli müqavilələri var, "Ekstradisiya haqqında" Avropa Konvensiyası, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında " Minsk və Kişinyov Konvensiuyalarının iştirakçısıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti