...

Gürcüstan Olimpiada 2014-ün Soçidən başqa şəhərə keçirilməsi xahişi ilə BOK-a müraciət edir

Cəmiyyət Materials 19 Noyabr 2008 16:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Milli Olimpiya Komitəsi (MOK) və Gürcüstan olimpiyaçıları 2014 - cü ilin Qış Olimpiada Oyunlarını Soçidən başqa şəhərə keçirmək xahişi ilə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edirlər. BOK-un İstanbulda keçirilməsi planlaşdırılan konqresində açıqlanacaq xüsusi müraciət hazırlanıb, - MOK-un sədri Giya Natsvlişvili çərşənbə günü keçirilən mətbuat konfransında bəyan edib.

Nümayəndə heyəti Türkiyəyə sabah yola düşəcək. "Biz Soçi Olimpiadasını boykot etmirik. Biz, Olimpiya oyunlarının daha təhlükəsiz yerə keçirilməsi üçün BOK-a müraciət edirik", - Natsvlişvili qeyd edib. Onun sözlərinə görə, öz vaxtında Gürcüstan Olimpiadanın Soçidə keçirilməsini dəstəkləsə də, o zaman bu dərəcədə təhlükəli vəziyyət olmayıb. "Rusiya beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, obyektiv olaraq Soçidə Olimpiada keçirə bilməyəcək. Belə ki, heç kəs idmançı və məşqçilərin təhlükəsizliyinə görə cavabdeh olmayacaq. Biz Abxaziyaya nəzarət etmirik və Olimpiada zamanı bu ərazi ilə bir şey baş verərsə, məsuliyyəti öz üzərimizə götürə bilməyəcəyik", - Natsvlişvili bəyan edib.

Onun sözlərinə görə, Rusiya qoşunlarının Gürcüstana müdaxiləsinin Pekində Yay Olimpiadasının başlaması ilə üst-üstə düşməsi faktına xüsusi diqqət ayırmaq lazımdır. Bu, Moskvanın Olimpiya oyunlarından diqqəti öz təcavüzündən yayındırmaq üçün istifadə ediyini göstərir.

"Biz sizi, 2014 - cü ilin Qış Olimpiya Oyunlarını dinc şəraitdə keçirməyə imkan verəcək qərar qəbul etməyə çağırırıq", - müraciətdə qeyd olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti