Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Rəşad Sadıqovla Mahmud Qurbanovun rəhbərlik etdiyi komandaya transfer oluna biləcəyi ilə bağlı deyilənləri təsdiqləyib.
"Bu futbolçuların "Qarabağ"a gəlməsinə çox sevinərəm. Hazırda belə futbolçulara bir çox komandaların ehtiyacları var. Amma hələ ki, bu futbolçuların transferi ilə bağlı rəhbərliklə söhbətimiz olmayıb", cümə günü "Qarabağ" klubunun saytına müsahibəsində baş məşqçi deyib.
Azərbaycan yığma komandasının kapitanı olan Sadıqov "Neftçi" klubunun əvəzedici komandasında çıxış edir. Yığma komandanın da üzvü olan Qurbanov isə "İnter"də oynayır.
Baş məşqçi bildirib ki, "Qarabağ" qış fasiləsi dövründə Türkiyədə təlim-məşq toplanışı keçirəcək.
Hazırda hesabında 18 xalı olan "Qarabağ" turnir cədvəlində 7-ci yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]