Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ Həndbol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası dünya çempionatının (DÇ) seçmə qrup mərhələsi çərçivəsində keçirdiyi ilk oyunda qələbə qazanıb.
Azərbaycan yığması ilk oyunda Bolqarıstan millisiniə 31:26 hesabı ilə qalib gəlib.
Yığma komandanın baş məşqçisi Rəfiqə Şabanovadır.
DÇ-nin seçmə qrup mərhələsinin oyunları Çernoqoriyanın Plievlja şəhərində keçirilir.
Azərbaycan yığmasının yer aldığı 2-ci qrupda keçirilən digər oyunlar belə nəticələnib: İtaliya - Finlandiya 33:28, Çernoqoriya - Sloveniya 32-:22.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]