Azərbaycan, Bakı, 26 noyabr / Trend Life , müxbir Eldar Hüseynzadə/ Məşhur türk modelyeri Əhməd Özceyhan bu gün Bakıda "Müasir dəbdə Anadolu motivləri" adlı yeni kolleksiyanı təqdim edəcək.
Trend Life xəbər verir ki, onun nümayişi bu gün Türkiyənin Azərbaycandakı səfirliyində TUSIAB qadın cəmiyyətinin fəal dəstəyilə baş tutacaq. Kolleksiya romantizm və Şərq ruhunun sintezi baxımından maraqlıdır və özündə qədim türk mədəniyyətilə yanaşı tamamilə müasir motivləri də əks etdirir. Bir çox nümunələri Swarovski daşlarından olan naxışlar bəzəyir. Kolleksiyada Azərbaycanı, Türkiyəni, Türkmənistanı və Özbəkistanı xatırladan ümumtürk üslubu gözlənilib. Özceyhanın bu kolleksiyası dünyanın bir sıra ölkələrində nümayiş olunub.
Müəlliflə əlaqə ünvanı: [email protected]