Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir R.Ergün/ Həndbol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası dünya çempionatının (DÇ) seçmə qrup mərhələsi çərçivəsində ikinci qələbəsini qazanıb.
Yığma komanda ikinci turda İtaliya millisini 28:25 hesabı ilə məğlub edib. Azərbaycan yığmasının kapitanı Marina Tankatskaya 8 xalla matçın ən yaxşı oyunçusu olub.
Tankatskaya Rumıniyanın "Tomis" klubunda oynayır.
Yığma komandanın baş məşqçisi Rəfiqə Şabanovadır.
Azərbaycan yığmasının yer aldığı 2-ci qrupda keçirilən digər oyunlar belə nəticələnib: Çernoqoriya - Finlandiya 37:24, Sloveniya - Bolqarıstan 31:20.
Azərbaycan yığması iki turdan sonra 4 xalla turnir cədəlində 1-ci yeri tutur.
DÇ-nin seçmə qrup mərhələsinin oyunları Çernoqoriyanın Plievlja şəhərində keçirilir. Azərbaycan millisi növbəti oyununu sabah Çernoqoriya yığmasına qarşı keçirəcək.
DÇ-nin pley-off mərhələsinə yalnız qrupda 1-ci pilləni tutan komanda vəsiqə qazanacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]