Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir İmdad Əlizadə/ Bakıda keçirilən hərbçi-boksçular arasında 52 - ci Dünya çempionatı (DÇ) yüksək səviyyədə təşkil olunub.
"Yarış yüksək səviyyədə təşkil olunub. Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi təşkilatçılıqdan razı qalıb", - Azərbaycn Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Trend -un arayışı: Azərbaycanın 7 boksçusu DÇ-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Onlardan biri - Rahib Bəylərov, misirli rəqibi Bəki Əbbin Xosan, yarışa çıxmaqdan imtina etdiyi üçün, final mərhələsində iştirak etmək hüququ qazanıb.
Əliyev bildirib ki, Azərbaycan komandası DÇ-də ilk iki pillədən birini tutmaq iddiasınadır.
"Rəqiblər güclü komandalardır. Xüsusən də Özbəkistan və Ukrayna idmançıları iddialıdır. Bizim məqsədimiz DÇ-də 1-2-ci yerlərdən birini tutmaqdır".
MOİK-in baş məşqçisi Rauf Aydınov isə bildirib ki, komandadan ən azı üç qızıl medal gözləyir.
"Ceyhun Əbiyev, Emil Məhərrəmov, Rahib Bəylərov və Rahim Nəcəfovun şansı çoxdur. Komandadan ən azı üç qızıl mdal gözləyirəm", - deyə Aydınov əlavə edib.
Baş məşqçi komandada əhval -ruhiyyənin normal olduğunu bildirib.
Aydınovun fikrincə, hakimlər döyüşləri yüksək səviyyədə idarə edirlər.
"Əvvəlki yarışlarda hakimlərlə bağlı problemlər olurdu. Bəzən hakimlər meydan sahiblərinə güzəşt edirdilər. İndi isə belə hallar yoxdur. Döyüşlər yüksək səviyyədə idarə olunur".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]