...

Azərbaycanlı voleybolçular Türkiyə klubunun ən yaxşı oyunçuları seçiliblər

Cəmiyyət Materials 28 Noyabr 2008 10:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir R.Ergün/ Voleybol üzrə Azərbaycan yığma komandasının üzvləri - Valeri Korotenko və Oksana Parxomenkonun çıxış etdiyi Türkiyə klubu qələbə qazanıb.

Azərbaycanlı voleybolçuların çıxış etdiyi "Fənərbaxça Acıbadem" klubu Türkiyə kubokunun ikinci mərhələsində "DYO Karşıkaya" komandasına 3:0 hesabı ilə qalib gəlib.

Korotenko və Parxomenko "Fənərbaxça Acıbadem"in heyətində ən yaxşı oyunçular olublar. Türkiyə mətbuatı onların oyununu ən yüksək qiymətlə - üç ulduzla qiymətləndirb.

Bu qələbə "Fənərbaxça Acıbadem"i Türkiyə kubokunun üçüncü mərhələsinə çıxarıb.

"DYO Karşıkaya" voleybol üzrə Avropa "Çelens" kubokunda Azərbaycanın "Rabitəçi" klubunun rəqibidir. Bu komandalar arasında ilk oyun dekabrın 10-da keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti