Азярбайъан, Бакы, 29 нойабр / Trend , мцхбир K.Zərbəliyeva/ Azərbaycanın müxtəlif məhkəmə instansiyalarını təmsil edən hakimlər üçün şənbə günü söz azadlığının müdafiəsndə məhkəmələrin rolu mövzusunda dəyirmi masa keçirilib. Məhkəmə hüquq şurası, Azərbaycan hüquqşunasları konfederasiyası Amerika hüquqşunasları assosiyasiyasınin bigə təşkil etdiyi dərirmi masada amerikali ekspert, hüquq elmləri doktoru Anton Vintner ABŞ-da söz azadliğinin müdafiəsində məhkəmələrin rolu mövzusunda məruzə edib, bu sahədə ABŞ məhkəmə işlərindən nümünələr gətirib və hakimlərin iştirakı ilə müzakirələr aparıb.
Dəyirmi masada məhkəmə hüquq şurasının üzvü, millət vəkili Əli Hüseynov Azərbaycan məhkəmələrində əsas insan hüquq və azadlıqları haqqında Avropa konvensiyasının sö azadlığı ilə bağlı olan 10-cu maddəsinin düzgün təstiq olunmasini labüd sayıb və bildirib ki, hüquqi dövlətin əsas atributlarından biride söz azadlığının təmin olunmasıdır.
"Hüquqi dövlətdə söz azadlığı ilə bağlı məhdudiyyətlərin hansı həddə müəyyən edilməsi vacibdir"- bu barədə Əli Hüseynov bildirib.
Мягаля мцяллифи иля ялагя : тренд@тренд.аз