...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu olimpiya çempionu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 4 Dekabr 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Bu barədə Trend -a "Xəzər-Lənkəran" klubunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, komandaya bundan sonra Olimpiya çempionu İqor Ponomaryov başçılıq edəcək.

Ponomaryov bu gün İsveçdən Bakıya gəlib. O, bundan əvvəl Azərbaycanın "Qarabağ" və Rusiyanın "Maşuk" klublarının baş məşqçisi olub. Ponomaryov Azərbaycan yığma komandasına da başçılıq edib.

Azərbaycanın ən məhşur futbolçularından olan Ponomaryov Olimpiya və yeniyetmələr arasında dünya çempionu, həmçinin İsveç çempionatının qalibi olub.

Sabah saat 15.00-da "Xəzər-Lənkəran"ın yeni baş məşqçisi Trend İnformasiya Agentliyinin konfrans salonunda mətbuat konfransı keçirəcək.

"Xəzər-Lənkəran" türkiyəli Rasim Karanın istefasından sonra baş məşqçisiz qalmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti