...

Azərbaycanın "Qarabağ" futbol klubu seleksiyaçı-məşqçisini Argentinaya göndərəcək

Cəmiyyət Materials 10 Dekabr 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun seleksiyaçı-məşqçisi İlqar Əmirov Argentinaya gedəcək. Bu barədə çərşənbə günü Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, Əmirov Argentina çempionatının oyunlarını canlı izləyərək, "Qarabağ" klubu üçün futbolçu seçəcək. Bu işdə ona argentinalı menecer də kömək edəcək.

"Qarabağ" Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 24 xalla 7-ci pillədədir.

Komandanın baş məşqçisi Qurban Qurbanovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti