...

"Azərros" rəhbərinin LDPR liderinə qarşı iddiası ilə bağlı məhkəmə iclası hakimin xəstələnməsi üzündən baş tutmayıb

Cəmiyyət Materials 10 Dekabr 2008 23:57 (UTC +04:00)
"Azərros" rəhbərinin LDPR liderinə qarşı iddiası ilə bağlı məhkəmə iclası hakimin xəstələnməsi üzündən baş tutmayıb

Azərbaycan, Bakı, 10 dekabr / Trend müxbir İ.Sultanov/ Rusiyada fəaliyyət göstərən azərbaycanlıların Milli-mədəni Assosiasiyası olan "Azərros"un sədri Söyün Sadığovun LDPR lideri Vladimir Jirinovskiyə qarşı Moskvanın Meşanksi məhkəməsində qaldırdığı iddia ilə bağlı planlaşdırılan məhkəmə iclası keçirilməyib. Bunu Trend -a çərşənbə günü telefonla "Azərros"un hüquqi məsələlər üzrə vitse-prezidenti, Sadığovun vəkili Nizami Bəşirov deyib. Onun sözlərinə görə, məhkəmə hakim Olqa Vereşşakın xəstələnməsi üzündən 2009-cü ilin yanvarın 22-nə təxirə salınıb.

Bəşirov həmçinin bildirib ki, qarşı tərəfin təmsilçiləri də məhkəməyə gəlməyiblər.

Sadığovun məhkəmədə Jirinovskiyə qarşı iddia qaldırmasının səbəbi LDPR liderinin 1993-cü ilin fevralında işıq üzü görmüş və ötən il partiya tərəfindən yenidən çap edilən "Cənuba sonuncu atış" adlı kitab olub. Həmin kitabda müəllif azərbaycanlıları erməniləri yalnız xristian olmaları üçün məqsədyönlü şəkildə məhv etmək istəyən xalq kimi qələmə verməyə çalışıb.

Sadığovun vəkili əmin olduğunu söyləyib ki, ədalət bərqərar olacaq və məhkəmə "Azərros"un xeyrinə qərar çıxaracaq.

Xəbər lenti

Xəbər lenti