...

Seneqallı qapıcı "Bakı" klubunun ən yaxşı futbolçusu seçilib

Cəmiyyət Materials 25 Dekabr 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dеkаbr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" klubunun Seneqaldan olan qapıçısı Xalidu Sissoko azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə görə, Premyer-Liqanın birinci dövrəsində komandanın ən yaxşı futbolçusu secilib. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

Sissoko "Bakı"nın Premyer-Liqanın əvvəlində keçirdiyi oyunların çoxunda ehtiyatda qalıb. O, komandaın öz meydanında Yevlaxın "Karvan" klubuna 0:3 hesabı ilə məğlub olmasından sonra, əsas heyətin üzvünə cevrilib.

"Bakı" Azərbaycan Premyer - Liqasının birinci dövrəsindən sonra 29 xalla 2 - ci yerdədir.

Komandanın baş məşqçisi makedoniyalı Qyoko Hacıyevskidir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti