...

Xarici ölkələrdə Dünya Azərbaycanlılarının həmrəylik günü qeyd edilir

Cəmiyyət Materials 29 Dekabr 2008 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / Trend müxbir C.Babayeva/ Azərbaycanın xarici ölkələrdə yaşayan diaspor təşkilatları Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə bir sıra tədbirlər keçiriblər.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində və Almaniyanın Köln şəhərində keçirilən tədbirlərdə türk icmasının, Iraq türkmənlərinin və Avropa xalqlarının təmsilçiləri də iştirak ediblər, bazar ertəsi Trend -a Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dubayda faəliyyət göstərən Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə azərbaycanlılarla yanaşı Diaspor ilə İş üzrə Dövlət Komitəsinin hazırladığı "Ayrılarmı Könül Candan" filminin nümayiş edilib.

Tədbirdə həmçinin Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" və "Erməni terroru" kitabları qonaqlara paylanıb.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirə Azərbaycanın Almaniyadakı Səfirliyi və Köln Şəhəri Mədəniyyət Şöbəsi dəstək verib. Bayram mərasimini Köln Şəhəri Mədəniyyət Şöbəsinin rəhbəri Johannes Bunk açaraq tədbirə toplaşan azərbaycanlıları Həmrəylik günü münasibətilə təbrik edib. Koordinasiya Mərkəzinin İcraçı Direktoru Samirə Patzer-İsmailova isə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə soydaşlarımıza ünvanladığı müraciəti səsləndirib.

Gecədə Kölndə yaşayan rəssam Marqarita Kərimovanın Azərbaycana həsr etdiyi rəsm əsərləri də nümayiş etdirilib. Eyni zamanda Azərbaycandan bəhs edən kitab və digər nəşrlərdən ibarət məlumat güşəsi hazırlanıb. Tədbirdə gələn almanların bir nəçəsi Azərbaycan haqqında və Almaniyadakı azərbaycanlılar barədə ilk dəfə bilgi aldıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]        

Xəbər lenti

Xəbər lenti