...

Futbol üzrə Azərbaycan yığması Küveyt millisi ilə yoxlama oyunu keçirəcək

Cəmiyyət Materials 13 Yanvar 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası Küveyt millisi ilə yoxlama oyunu keçirə bilər. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan komandası Küveyt yığması ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində görüşə bilər. Bu məsələ ilə bağlı Küveyt Futbol Federasiyası ilə danışıqlar aparılıb və ilkin razılıq əldə olunub.

Azərbaycan yığması Dubaydakı toplanış çərçivəsində, fevralın 1-də Özbəkistan millisi ilə də yoxlama oyunu keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti