...

Azərbaycanın bəzi futbol klubları cərimə olunacaq – AFFA-nın Baş katibi

Cəmiyyət Materials 13 Yanvar 2009 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Asossiasiyası (AFFA) bəzi Premyer-Liqa klublarını cərimə edəcək. Bu barədə AFFA-nın Baş katibi, Lisenziyalaşdırma qrupunun rəhbəri Elxan Məmmədov məlumat verib.

"Daxili çempionat üçün hazırlanmış lisenziyalaşdırma vəsaitində nəzərdə tutlmuş idman və infrastruktur meyarları üzrə sənədlər ilkin olaraq yanvarın 12-dək Lisenziyalaşdırma qrupuna təqdim edilməli idi. Bunun üçün son tarix yanvarın 15-idir. Yanvarın 12-dək sənədləri təqdim etməyən klublar ötən hər gün üçün 1000 manat cərimə ediləcək", -çərşənbə axşamı Məmmədov AFFA-nın rəsmi saytına bildirib.

AFFA rəsmisi klubların lisenziyalaşdırma prosesinə ciddi yanaşmamalarndan narazılıq edib.

"Çox təəssüf ki, bəzi klublar lisenziyalaşdırma prosesinə məsuliyyətsiz yanaşırlar. Bu isə həmin klubların növbəti mövsümdə Premyer-Liqada çıxış edə bilmək üçün almalı olduqları lisenziyanın verilməsini sual altında qoyur. Çox istərdik ki, bütün klublar bu məsələyə ciddi yanaşsınlar".

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, gələn mövsümdən stadionu olmayan klublar Premyer-Liqaya buraxılmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti