...

Azərbaycan Ombudsman Aparatının əməkdaşları həbsdə olan jurnalistlərlə görüşüb

Cəmiyyət Materials 15 Yanvar 2009 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin 10 və 17 saylı cəzaçəkmə müəssisələrinə baxış keçiriblər.

Aparatın nümayəndələri həbsdə olan jurnalistlər Qənimət və Sakit (Mirzə Sakit) Zahidov qardaşları ilə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Mirzə Sakit səhhətindən şikayət etməyib, müəssisənin rəhbərliyi və əməkdaşları ilə heç bir probleminin olmadığını deyib.

Sakit cəzadan vaxtından əvvəl azad olunmaq üçün Nərimanov rayon məhkəməsinə müraciət etdiyini, lakin şikayətinin təmin olunmadığını deyib və qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcəyini bildirib.

17 saylı müəssisədə cəza çəkən Qənimət Zahid saxlanma şəraitindən və ona olan münasibətdən şikayətçi olmayıb. Zahid cəzaçəkmə müəssisəsində ingilis dilini öyrəndiyini diqqətə çatdırıb.

Sakit 2006-cı ilin iyununda üç il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz narkotik saxlamaqda ittiham olunub. Jurnalist öz həbsini siyasi sifariş hesab edir və bunu yazdığı radikal məqalələrlə əlaqələndirir.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində təqsirli bilinərək, ötən il məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti