...

Futbol üzrə Azərbaycan millisinin Küveytlə keçirəcəyi oyunun vaxtı müəyyənləşib

Cəmiyyət Materials 22 Yanvar 2009 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan milli komandasının Küveyt yığması ilə keçirəcəyi yoxlama oyununun vaxtı müəyyənləşib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan və Küveyt komandaları arasındakı oyun Əl-Küveyt şəhərindəki "National" stadionunda keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 19.15-də başlayacaq.

Azərbaycan milli komandasının baş məşqçisi almaniyalı Berti Foqtsdur. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti