...

Azərbaycan Teleradio Şurası növbəti illərdə efirdə ana dilinin qorunması istiqamətində fəaliyyətini gücləndirəcək-yeni seçilən sədr

Cəmiyyət Materials 23 Yanvar 2009 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Televiziya və Radio Şurasının sədrliyinə yenidən seçilən Nuşirəvan Məhərrəmli növbəti illlər ərzində efirdə ana dilinin qorunması istiqamətində fəaliyyətlərini gücləndirəcəyini deyib.

"Şura əsasən milli tezliklərin xarici təsirlərdən qorunması istiqamətində qanunvericiliyə uyğun işini davam etdirəcək" cümə günü Trend -a şura sədri Məhərrəmli bildirib.

MTRŞ-nın bu gün keçirilən iclasında Məhərrəmlinin bu quruma yenidən sədr seçilməsi barədə qərar qəbul olunub. Azərbaycan prezidentinin sərəncamı ilə 6 il müddətinə yenidən MTRŞ üzvü təyin edilən Məhərrəmli şura üzvlərinin səsçoxluğu ilə qurumun sədri seçilib.

Məhərrəmli 2003-cü ildə şura üzvü kimi fəaliyyətə başlayıb.

MTRŞ sədri bildirib ki, şura telekanallarda şou-biznesin kütləviləşməsinin, eyni tipli verilişlərin əleyhinə çıxacaq və balanslı, zövqləri oxşayan verilişlərin yayımının tərəfdarı olacaq.

Məhərrəmli, həmçinin telekanalların rəqəmsal sistemeə keçidi istiqamətində də layihələrin həyata keçiriləcəyini deyib. Şura sədri yeni telekanallların açılmasını da istisna etməyib.

MTRŞ-nın ötən 6 ildə verdiyi qərarlar sırasında ən yadda qalanı əcnəbi telekanalların və radiostansiyaların milli tezliklərdə yayımını qadağan etməsi olub. Bundan əlavə əcnəbi dillərdə filmlərin yayımına qadağa qoyması yadda qalan olub. Bu müddətdə şura Azərbaycanda fəaliyyət göstərən telekanal və radioların hamısının yayımı üçün lisenziya müddətini uzadıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti