...

Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi Almaniyaya gedib

Cəmiyyət Materials 26 Yanvar 2009 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi Hans Yugen Gede Almaniyaya gedib. Bu barədə bazar ertəsi Trend -a klubun mətbuat xidməti məlumat verib.

"Neftçi" komandası dünən Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışını başa çatdıraraq, Azərbaycana qayıdıb. Almaniyalı baş məşqçi istirahət etmək üçün Türkiyədən birbaşa Almaniyaya gedib.

Mətbuat xidmətinin məlumatına görə, "Neftçi" təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün yanvarın 27-də ikinci dəfə Antalyaya yola düşəcək.

Almaniyalı baş məşqçi Antalyaya Almaniyadan gedəcək.

"Neftçi"nin toplanışın ikinci mərhələsini İspaniyada keçirəcəyi nəzərdə tutulsa da, viza problemi klub rəhbərliyinin hazırıq keçmək üçün yenidən Türkiyəni seçməsinə səbəb olub.

Bakı komandasının Antalyadakı təlim-məşq toplanışı yanvarın 27-dən fevralın 8-dək davam edəcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti