...

Azərbaycanın "Qarabağ" klubu çempionluq uğrunda mübarizəni davam etdirəcək – klubun direktoru

Cəmiyyət Materials 4 Fevral 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl hesab edir ki, Ağdamı təmsil edən komanda bu il Avropada uğurlu çıxış edəcək.

"Ümid edirəm ki, 2009-cu ildə "Qarabağ"ın uğurlu oyunlar seriyası davam edəcək. İstənilən halda, bu komanda çempionluq, ən azı isə medallar və Azərbaycan kuboku uğrunda mübarizə aparacaq. İnanırıq ki, bu il "Qarabağ" Avropada uğur qazanacaq", - Çəlikəl cümə axşamı klubun rəsmi saytına müsahibəsində deyib.

Klub rəsmisi bildirib ki, "Qarabağ" futbolçu seçimində əsasən yerli futbolçulara üstünlük verir.

"Biz yerli futbolçulara üstünlük verməklə onlara inandığımızı göstərmək istəyirik. Digər klublardan bizim üstünlüyümüz ondadır ki, biz azərbaycanlı futolçulara xüsusı önəm veririk".

Çəlikəl komandanın baş məşqçisi Qurban Qurbanova inandıqlarını deyib.

"Rəhbərlik Qurbanova inanmasaydı, onu bu vəzifəyə təyin etməzdi. O, çempionatın başlamasına 5 gün qalmış komandaya gələndə, futbolçuların siyahısına baxıb dedı ki, bir neçə futbolçu transfer edib, yüksək yerlər uğrunda mübarizə apara bilərik", - deyə klub rəsmisi bildirib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur. O, 2008-ci ilin avqust ayında bu vəzifədə türkiyəli Rasim Karanı əvəzləyib.

Hesabında 24 xalı olan "Qarabağ"  Azərbaycan Premyer-Liqasının 1-ci dörəsini 7-ci pillədə bitirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti