...

Azərbaycanın təhsil naziri qış sessiyası imtahanlarının nəticəsindən razı qalıb

Cəmiyyət Materials 7 Fevral 2009 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın təhsil naziri bu il ali məktəblərdə qış sessiyası imtahanlarının nəticəsindən məmnundur.

 

"Builki imtahanlar ali məktəblərin hamısında əvvəlki illərə nisbətən daha yüksək səviyyədə keçib", - Trend -un məlumatına görə, şənbə günü təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

 

Azərbaycan Təhsil Nazirliyinin "qaynar xətt"inə qış sessiyası dövründə ali və orta ixtisas məktəblərindən 79 müraciət daxil olub. Araşdırmalar zamanı bir sıra müraciətlərin anonim olduğu müəyyən edilib.

 

Mərdanovun sözlərinə görə, qış sessiyası ilə bağlı Təhsil Nazirliyində yaradılmış "qaynar xətt"ə ünvanlı müraciətlərin sayı çox az olub. "Ünvanlı və ünvansız müraciətlərin hamısına reaksiya verilib", - nazir deyib. 

 

 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti