...

Türkiyənin "Türk Telekom" voleybol klubu Çempionlar Liqasında qələbə qazanıb

Cəmiyyət Materials 12 Fevral 2009 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir R.Ergün/ Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Natalya Məmmədovanın çıxış etdiyi Türkiyənin "Türk Telekom" klubu Çempionlar Liqasının pley-off mərhələsində keçirdiyi ilk oyunda qələbə qazanıb. Bu barədə cümə axşamı Türkiyə mətbuatı məlumat verib.

Xorvatiyanın "Rijeka Kvig" komandası ilə görüşən "Türk Telekom" 3:0 hesabı ilə qələbə qazanıb.

Məmmədova Türkiyədə keçirilən oyunda meydana sonradan çıxıb.

Komandalar arasında cavab görüşü fevralın 19-da, Xorvatiyada keçiriləcək.

Məmmədova əvvəllər Bakının "Azərreyl" klubunda çıxış edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti